Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Office 2007”-in sonu çatır

“Office 2007”-in sonu çatır

Date: 22 November 2016 07:22

"Microsoft" korporasiyası 2017-ci ildə "Office 2007" tipli mövcud əlavələr paketinin dəstəklənməsinin rəsmən dayandırılması barədə qərar qəbul edib. Bununla bağlı məlumat korporasiyanın mətbuat xidmətinin nümayəndələri tərəfindən təqdim edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, korporasiya nümayəndələrinin sözlərinə görə, "Microsoft" servislərinin istifadəçilərinə bundan sonra hətta ödənişli əsasda müasir "Office 2007" paketi üçün avtomatlaşdırılmış "patch" proqram vasitələri təqdim edilməyəcək. Məşhur proqram təminatı istehsalçısının rəhbərliyinin belə yanaşması maksimum çoxlu istifadəçini bilavasitə yeni məhsula - bu il geniş ictimaiyyətə təqdim edilən "Office 365" paketinə keçirmək istəyi ilə əlaqədardır.
 
Məlumata görə, hazırda yeni versiya ödənişli xidmətlərin mövcudluğuna görə populyar deyil. Bunun nəticəsində "Office 2007" paketinin dəstəklənməsi növbəti ildə tam dayandırılacaq. Bununla yanaşı, yeni - ödənişli "Microsoft Office" paketlər xidmətində "Visio", "Project Server", "SharePoint Server", "Exchange Server", "Communications Server" və s. kimi əvvəllər bağlı olan servislərdən istifadə mümkün olub.

Milli.Az


Tags:  Office 2007-in sonu çatır



RƏYLƏR


Top news