Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

HİV üçün USB yaradıldı

HİV üçün USB yaradıldı

Date: 22 November 2016 07:37

London İmperiya Kollecinin alimləri "DNA Electronics" şirkətinin nümayəndələri ilə birgə hiv-infeksiyanın ekspress diaqnostikasını keçirməyə imkan verən "USB" konnektora qoşula bilən qurğu yaradıblar. Qurğunun təsviri "Scientific Reports" jurnalında dərc edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,immun çatışmazlığına (HİV) yoluxmuş insanın qanında virusun tərkibinin vaxtında aşkar edilməsi "antiretroviral" terapiyanın effektivliyinin təyini üçün mühüm əhəmiyyət kəsb edir. Bu halda infeksiyanın ən çox yayıldığı regionlarda, məsələn, Afrikada, ekspress diaqnostika çox vaxt əməliyyatın mürəkkəbliyi və avadanlığın bahalığı səbəbindən əlçatmazdır.
 
Virusun mövcudluğu haqda informasiya "USB" port vasitəsilə cihaza ötürülür və sonuncu, həmçinin "USB" port ilə enerji toplayır. Nümunənin analizinə 20 dəqiqədən bir az çox vaxt tələb olunur.
 
Məlumata görə, indi alimlər qurğunu təkmilləşdirir, həmçinin başqa infeksiyaların diaqnostikası üçün nəzərdə tutulmuş modifikasiyalar üzərində işləyirlər.

Milli.Az


Tags:  HİV USB yaradıldı


RƏYLƏR


Top news