“Yuventus” İspaniya səfərində, “Tottenhem” üçün həlledici məqam - YENİLƏNİR

“Yuventus” İspaniya səfərində, “Tottenhem” üçün həlledici məqam - YENİLƏNİR
08:05 22 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında V tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar baş tutacaq.

E qrupunda "Monako" - "Tottenhem" görüşünün nəticəsindən çox şey asılı olacaq. Knyazlıq klubu doğma azarkeşləri önündə məğlub olmasa, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcək. Londonluları isə Fransada yalnız 3 xal qane edir. Moskvada "Bayer"lə qarşılaşacaq MOİK-in də qələbə qazanmaqdan başqa yolu yoxdu.

F qrupunda Dortmund "Borussiya"sının evdə autsayder "Legiya"ya xal verməsi inandırıcı görünmür. Lissabonda "Sportinq"in qonağı olacaq "Real"a 1/8 finalçılar sırasına qoşulmaq üçün 1 xal da bəs edir. Hər hansı bir sürpriz baş verməsə, həm "Borussiya", həm də "Real" son tur öncəsi minimum vəzifənin öhdəsindən gələcəklər.

G qrupunun məğlubedilməz lideri "Lester"in 1/8 finala vəsiqəni təmin etmək üçün autsayder "Brügge" ilə evdə heç-heçəsi kifayət edər. Danimarkada "Kopenhagen"in qonağı olacaq "Porto" da işi son tura saxlamamaq üçün qalib gəlməyə çalışacaq. Əks təqdirdə portuqaliyalıların vəziyyəti qəlizləşəcək.

Günün mərkəzi görüşü "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək. H qrupunda yer alan "Sevilya" ilə "Yuventus" qrup liderini müəyyən etmək üçün münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matçda "Sevilya"ya 1 xal bəs edirsə, "qoca sinyora" liderliyə yüksəlmək üçün mütləq qalib gəlməlidi. "Yuventus"un məğlubiyyətini arzulayacaq "Lion" isə şansını davam etdirmək üçün Zaqrebdə "Dinamo"ya eyni aqibəti yaşatmalıdı.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr

E qrupu

21:00. MOİK (Moskva, Rusiya) - "Bayer" (Almaniya)

23:45. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)

1.

Monako

4

2

2

0

7-3

8

2.

Bayer

4

1

3

0

4-3

6

3.

Tottenhem

4

1

1

2

2-3

4

4.

MOİK

4

0

2

2

3-7

2

F qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Legiya" (Polşa)

23:45. "Sportinq" (Portuqaliya) - "Real" (İspaniya)

1.

Borussiya D.

4

3

1

0

11-3

10

2.

Real

4

2

2

0

12-7

8

3.

Sportinq

4

1

0

3

4-5

3

4.

Legiya

4

0

1

3

4-16

1

G qrupu

23:45. "Lester" (İngiltərə) - "Brügge" (Belçika)

23:45. "Kopenhagen" (Danimarka) - "Porto" (Portuqaliya)

1.

Lester

4

3

1

0

5-0

10

2.

Porto

4

2

1

1

4-3

7

3.

Kopenhagen

4

1

2

1

5-2

5

4.

Brügge

4

0

0

4

1-10

0

H qrupu

23:45. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya)

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Lion" (Fransa)

1.

Sevilya

4

3

1

0

6-0

10

2.

Yuventus

4

2

2

0

6-1

8

3.

Lion

4

1

1

2

4-3

4

4.

Dinamo Z.

4

0

0

4

0-12

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR