Müvəffəqiyyət qazanmağın əməli yolları

Müvəffəqiyyət qazanmağın əməli yolları
08:17 22 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Allah Təala Quranda müvəffəq qazanmağın bir neçə yollarını göstərir ki, onlara işarə edək:

Birinci yol: Çətinlik qarşısında səbir etmək. "Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür". ("Hud" 112).
 
İkinci yol: Cəmiyyətə qarşı laqeyd olmamaq. "Belə isə məbada onlara görə olan təəssüflər və kədərlər üzündən canın əldən gedə! Allah onların nə etdiklərini biləndir". ("Fatir" 8).
 
Üçüncü yol: Başqaları ilə faydalı rabitə qurmaq. "Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar". ("Ali-İmran" 159).
Müvəffəq olmağın ən yaxşı yollarından biri - vaxtı tənzim etməyi bacarmaqdır. O kəslər ki, yenidən dünyaya gəlmək istəyirdi, Allah onlara belə cavab verirdi: "Onlar orada dad-fəryad edərlər: "Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək". (Onlara deyiləcək:) "Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz"". ("Fatir" 37).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, boş zamanı tənzim etmək çox mühüm mövzulardandır, xüsusilə də cavanlarda. İmam Kazım (ə) buyurur: "Bir müsəlmanın vaxtı dörd hissəyə bölünər: bir hissəsi Allahla raz və niyaz etmək üçün, bir hissəsi ruzi əldə etmək üçün, bir hisəsi başqaları ilə qurucu rabitə qurmaq üçün və bir qismi də sağlam istirahət üçün".
Bir müsəlmanın fərdi və ictmai fəaliyyəti faydalı və sağlam olmalıdır. Sağlam istirahət dedikdə də sağlam əyləncələr nəzərdə tutulur. Həzrət Peyğəmbər (s) buyurur: "Allahın mələyi vardır ki, hər gecə yerə enər, car çəkər: "Ey, 20 yaşda olanlar! Çalışın!"".
Bu gün cavanların gerçək bədbəxtliyi cahil dostlara malik olmaqlarındadır. İnsan bəzən elə insanla dost olur ki, onun atəşi bütün həyatını külə çevirir. Quran dost seçimində yanlış yola gedənlər haqqında buyurur: "Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: "Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım". "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". "Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur'anın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı". Şeytan insanı həmişə xar edib və (indi də) edir". ("Furqan" 27-29).
O insanların ki, münasib əxlaqları yoxdur, insanın dünya və axirətinə böyük zərbə vurar. Bu cür insanlardan İmam Sadiqin (ə) buyurduğu kimi uzaq olmaq lazımdır. İmam (ə) buyurur: "Bax gör o kəs ki, sənin dininə faydalı deyildir, ona etina etmə. Onunla dost olmaq üçün əlaqə göstərmə. O şeyi ki, Allahdan qeyrisidir, fani və məhv olandır. Allahdan qeyrisinə olan hər bir əlaqə çirkin və xoşagəlməz aqibətə səbəb olar". (

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR