Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əsərlər 277 milyon dollara satıldı

Əsərlər 277 milyon dollara satıldı

Date: 22 November 2016 08:22

Nyu-Yorkda Sotheby's hərrac evi yeni müasir incəsənət əsərlərini 277 milyon dollara satıb.

Milli.Az buro247.az-a istinadən bildirir ki, sözügedən hərracda rəssam Qerhard Rixterin abstraksiyaları 33,9 milyon və 22,7 milyona, Villem de Kuninqin əsərləri isə 10,4 milyon və 9,8 milyon dollara satılıb. Hərracın kataloqunda Diyeqo Riveranın kompozisiyası, Vinsent Van Qoqun natürmortu və Tamara de Lempistkayanın portreti qeyd olunub.

Qeyd edək ki, Sotheby's ən qədim hərrac evlərindən biridir. "Christie's" hərrac evi ilə birlikdə əntiq əşyalar və incəsənət əsərlərinin hərrac satışları bazarının 90%-nə sahibdir.

Milli.Az


Tags:  Əsərlər 277 milyon dollara satıldı

RƏYLƏR


Top news