“Vor-zakon”lar İrəvana gedir

“Vor-zakon”lar İrəvana gedir
08:36 6 Yanvar 2015
162 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 5-dən etibarən İrəvanda “qanuni oğru”ların tarixi "sxodka"sına start verilib.

ANS PRESS-in məlumatına görə, yığıncağın məhz İrəvanda keçirilməsinə səbəb “oğru”ların təhlükəsizliyi baxımından qərara alınıb. Belə ki, bundan əvvəl yığıncaq üçün Moskva şəhəri seçilmişdi. Lakin şəhərdə yayılan xəbərlərlə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən “oğru”lar Moskvanın polis həmkarlarının daha pis işlədiyi İrəvan şəhərinə müraciət etməli olub.

Yığıncağın tarixi olması isə böyüklüyünə görə belə adlanır. Oğruların “sammitində” 100-dən artıq üzvün iştirak edəcəyi gözlənilir. Hətta köhnə "oğru"lar da bu miqyasda bir “sxodka”nın baş verdiyini xatırlamırlar.

Artıq hadisənin səbəbkarları Ermənistandadır. "Oğru dünyası"nın karifeylərindən sayılan 69 yaşlı Borya Apakela, Çiçkan və Şakro İrəvandadırlar. Qafqazlı oğrulardan əlavə “sxodka”da “Ded-Xasan”ın slavyan əsilli davamçıları “Piçuqi” və “Voskres” də iştirak edəcək. Onlara ruslardan olan “Çeburaşka” və “Mirıç” da qatılacaq.

Yığıncağın əsas səbəbkarı Rus mafiyasının hazırda atası sayılan “Şakro” ləqəbli Zaxariy Kalaşovdur. Mövzu isə müxtəlifdir. Bəzi avtoritetlərin adının alınması bəzilərinin isə özbaşnalıqlarının qarşısının alınması mövzu barədə sızılan məlumatlar arasındadır. Bu cəhətdən Kardava qardaşları tərəfindən əsaslı qruplaşma risk altına düşür.

Hər bir halda İrəvan “sxodka”sından sonra çaxnaşmaların və bir çox dəyişikliklərin baş verməsi qaçılmazdır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR