Robert De Niro sima oldu

Robert De Niro sima oldu
08:32 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

73 yaşlı aktyor Robert de Niro Ermenegildo Zegna italyan brendinin yeni siması seçilib.

"Oskar" və "Qızıl qlobus" mükafatının laureatı markanın yaz reklam kampaniyasında iştirak edəcək. Əməkdaşlıq çərçivəsində bir neçə video buraxmaq və fotosessiya keçirmək planlaşdırılır. Çəkilişlər italiyalı fotoqraf Françesko Karrozzini ilə əməkdaşlıqda Los-Ancelesdə keçiriləcək. De Niro özü bu məlumatı hələ ki şərh etməyib.

Milli.Az buro247.az-a istinadən bildirir ki, markanın kreativ direktoru Alessandro Sartori də məşhur aktyorla əməkdaşlıq barədə məlumatı təsdiq etməyib. Lakin o, brendin reklam kampaniyalarının konsepsiyasını dəyişəcəyini elan edib. "Biz kommunikativ platforma yaratmaq barədə düşünürük, bu platforma brendin dəyərləri və mənim baxışıma müvafiq emosiyalara yarada biləcək. Biz məhsulun deyil, brendin tarixini müxtəlif şəxsiyyətli personajların köməyilə danışmaq istəyirik", - deyə Sartori bildirib.

Qeyd edək ki, De Niro artıq uzun illərdir ki, Giorgio Armani brendi ilə çalışırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/491593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR