Sabirabadda maşın yoldan çıxaraq aşıb, iki nəfər yaralanıb

Sabirabadda maşın yoldan çıxaraq aşıb, iki nəfər yaralanıb
08:32 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Sabirabad. 22 noyabr. REPORT.AZ/ Sabirabadda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Məmişlər kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobildə olan Sabirabad sakini, 29 yaşlı Səbiyev Ruslan Səfəlioğlu və Balakən sakini, 29 yaşlı Qarayeva Gülnarə Abdulmütəllim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar ilk tibbi yardım aldıqdan sonra Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/sabirabadda-masin-yoldan-cixaraq-asib-iki-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR