Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Quççinin ölümü ekranlaşdırılacaq

Quççinin ölümü ekranlaşdırılacaq

Date: 22 November 2016 08:42

Honkonqlu rejissor Vonq Kar-Vay Gucci moda evinin varisi Mauritsio Quççinin qətlini ekranlaşdıracaq.

Milli.Az buro247.az-a istinadən bildirir ki, 45 yaşlı Mauritsio Quççi 1995-ci ildə tapançadan dörd atəşlə ofisinə qalxan pilləkəndə öldürülüb. Qətli onun həyat yoldaşı Patritsiya Recani sifariş edib. Məhkəmənin qərarı ilə o, 29 illik həbsə məhkum edilib və 2013-cü ildə vaxtından əvvəl azad edilib.

Quççinin qətli haqqında 2007-ci ildə rejissor Ridli Skot film çəkmək istəsə də, layihə reallaşmayıb. Vonq Kar-Vayın layihəsi ilkin hazırlıq mərhələsindədir. Yeni filmə ssenarini Andre Berloff ("Əkiz-qüllələr", "Küçələrin səsi") yazacaq, baş rolları kimlərin ifa edəcəyi məlum deyil. Şayiələrə görə, filmdə Marqo Robbi rol ala bilər.

Milli.Az


Tags:  Quççinin ölümü ekranlaşdırılacaq

RƏYLƏR


Top news