Kosmosda alış-veriş etmək mümkün olacaq

Kosmosda alış-veriş etmək mümkün olacaq
08:52 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

WGSN təhlil və proqnozlaşdırma agentliyi öz araşdırmalarının nəticələrini təqdim edib. Nəticələrə görə, 2030-cu ilə kosmik turizm, eləcə də məhsulların kosmosda alışı mümkün olacaq.

Milli.Az buro247.az-a istinadən bildirir ki, Nyu-Yorkda baş tutan WGSN Futures konfransının spikerlərinin sözlərinə görə, SpaceX, Google, Facebook, Vulcan Aerospace və Connectivity Lab kimi şirkətlərin hesabına yaxın 5-10 ildə Yerin orbitinə uçuşlar əhəmiyyətli dərəcədə artacaq, bu isə öz növbəsində yüngül sənayedə və reteyldə bir sıra dəyişikliklərə səbəb olacaq. "Kosmosda əşyalar Yerdəki kimi görünməyəcək. İnsanlara başqa geyimlər, başqa kosmetika və qulluq vasitələri lazım olacaq", - deyə Insight layihəsinin rəhbəri Andrea Bell bildirib.

Yaxın gələcəyin daha bir trendi olaraq WGSN ağıllı materialların adını çəkir. İpi avtomatik bağlanan krosovkalar, sensor gödəkcələr və əlavə sayğaclı digər geyimlər bizim müxtəlif növ qacetlərə (qulaqlıqlar, saatlar, smartfonlar və planşetlər) yanaşmamızı tamamilə dəyişəcək. Onların funksiyaları bizim qarderobumuza inteqrasiya ediləcək.

Analitiklərin üçüncü proqnozu - mobil kommersiya ilə bağlıdır, ABŞ-da bu il mobil dövriyyə 142 trilyon dollar təşkil edib. Məhsul və xidmətlərin smartfonların köməyilə ödənişi Norveç, Finlandiya və bir sıra digər inkişaf etmiş ölkələrin sakinləri üçün adi prosedura çevrilib, 2030-cu ilə isə bu bütün dünyanı əhatə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/491591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR