Çempionlar Liqası: 5-ci tur başlayır

Çempionlar Liqası: 5-ci tur başlayır
08:53 22 Noyabr 2016
176 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 5-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar baş tutacaq.

E qrupunda “Monako” – “Tottenhem” görüşünün nəticəsindən çox şey asılı olacaq. Knyazlıq klubu doğma azarkeşləri önündə məğlub olmasa, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcək. Londonluları isə Fransada yalnız 3 xal qane edir. Moskvada “Bayer”lə qarşılaşacaq MOİK-in də qələbə qazanmaqdan başqa yolu yoxdu.

Günün mərkəzi görüşü “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək. H qrupunda yer alan “Sevilya” ilə “Yuventus” qrup liderini müəyyən etmək üçün münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matçda “Sevilya”ya 1 xal bəs edirsə, “qoca sinyora” liderliyə yüksəlmək üçün mütləq qalib gəlməlidir. “Yuventus”un məğlubiyyətini arzulayacaq “Lion” isə şansını davam etdirmək üçün Zaqrebdə “Dinamo”ya eyni aqibəti yaşatmalıdır.

Çempionlar Liqası. Qrup mərhələsi, 5-ci tur

22 noyabr

E qrupu

21:00 MOİK (Moskva, Rusiya) – Bayer (Almaniya)

23:45 Monako (Fransa) – Tottenhem (İngiltərə)

F qrupu

23:45 Borussiya D (Almaniya) – Legiya (Polşa)

23:45 Sportinq (Portuqaliya) – Real (İspaniya)

G qrupu

23:45 Lester (İngiltərə) – Brügge (Belçika)

23:45 Kopenhagen (Danimarka) – Porto (Portuqaliya)

H qrupu

23:45 Sevilya (İspaniya) – Yuventus (İtaliya)

23:45 Dinamo Z (Xorvatiya) – Lion (Fransa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR