Qohumlarınızla rabitə qurun, quru salamla olsa da belə

Qohumlarınızla rabitə qurun, quru salamla olsa da belə
08:57 22 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Qohumlar o kəslərdir ki, bizimlə qan qohumluqları və ya nəsil qohumluqları vardır. İnsanın ən yaxın qohumları - atası, anası, bacısı, qardaşı, övladları, xalası, bibisi, əmisi, dayısıdır. (Tebyan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sileyi-rəhm sadəcə qohumların evinə gedib-gəlmək demək deyildir. Sileyi-rəhmin ən mühüm xüsusiyyəti insanların həyatında olan düyünləri açmaqdır. Hədislərdə oxuyuruq ki, əgər insanın qohumları ehtiyaclıdırsa, başqalarına pul verə bilməz. Əgər versə belə, qəbul olmaz, çünki onlar ön planda gəlir.
Misal üçün əgər insanın bibisinin yardıma ehtiyacı varsa, insanın gedib başqa birisinə yardım etməsi düzgün deyil. Bəzən də bu yardım təkcə pulla deyildir. Belə ki, insanın anası ona zəng edir və övladının bir xoş sözünə ehtiyacı olur. Bəzi insanlar dostları ilə vaxt keçirməyi sevirlər, lakin valideynlərinin evinə ayda bir dəfə gedirlər. Belə əxlaq qəbul olmaz. Allah ona xoş əxlaq kimi bir savab verməz. Çünki buyurur ki, əvvəl gərək valideynlərini razı salasan və sonra başqalarını.
İnsan evlənən zaman həyat yoldaşının qohumları ilə də qohum olur. Hədislərdə oxuyuruq ki, insanın üç atası olar: bir öz doğma atasıdır, biri həyat yoldaşının atasıdır və biri də elmi atadır. Dinimiz bizə göstəriş verir ki, bütün qohmlarımızla mehriban olaq və onlarla rabitə qurmağa çalışaq.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qohumunun yanına gedər, özü və malı ilə onunla sileyi-rəhm edər, Allah ona yüz şəhidin savabını verər. Atdığı hər addıma görə 40 min həsənəsi olar, 40 min günahı məhv olar. 40 min dərəcə məqamı artar, sanki Allaha yüz il ibadət etmişdir".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "İnsanların oruc və namazına aldanmayın. Çünki bəzən insanlar ona adət edirlər və onu tərk etməyə qorxurlar. Onları düz danışmaqları, əmanətdarlıqları, sileyir-rəhmləri, qardaşına etdiyi yaxşılıqla imtahana çəkin".
Həzrət Peyğəmbər (s) buyurur: "Sileyi-rəhm edin, hətta bir şərbət su ilə olsa belə. Ondan da yaxşısı özünü başqalarına əziyyət verməkdən saxlamaqdır".
Əmirəl-möminin (ə) buyurur: "Qohumlarınızla rabitə qurun, baxmayaraq ki, salamla olsa belə. Çünki Allah Təala buyurmuşdur: "Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün cənnət oğlanları, oğlanlar üçün isə cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir". ("Nisa" 1).
İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhm - həmin mehribançılıq, bəxşişdir. Ruzini artırar, ölümü kecikdirər".
Sileyir-rəhm - ruhumuzun qidasıdır. İnsan bu ləzzətli yeməyi yeyən zaman ruhu təravətlənər və təzələnər. Lakin əgər ondan uzaq düşərsə, solar və özünü tənha hiss edər.
Bəziləri qohumluq əlaqəsinin məhrəm və naməhrəm tərəflərindən qafildirlər. Belə ki, bir kişi əmisi qızının əlini sıxır və deyir ki, sən mənim üçün bacım kimisən. Və ya bir başqa qadın dayısı oğlunun əlini sıxır və deyir ki, sən mənə dayımdan yadigarsan. Biz bu cür rəftarların aqibətini bilmirik və bilmirik ki, buna görə bizləri əzab gözləyir. Qohumlar arasında məhrəm və naməhrəm rabitələrinə mütləq riayət olunmalıdır
Biz demirik ki, qohumlarınızla sərt olun və gülümsəməyin. Xeyr, dediyimiz odur ki, Allahın qoyduğu hədlərə riayət edin və ifrat etməyin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR