Texniki baxışdan keçməyən 300-dən artıq sürücü cərimələnib

Texniki baxışdan keçməyən 300-dən artıq sürücü cərimələnib
08:59 22 Noyabr 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Noyabrın 1-dən bu günə qədər texniki baxışdan keçməyən 300-dən artıq avtomobil cərimələnib.

 

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

 

V. Əsədov bildirib ki, noyabrın 1-dən avtomobillərin növündən və markasından asılı olmayaraq texniki baxış müddəti bitib. O bildirib ki, texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunublar.

 

Bölmə rəisi sürücülərə müraciət edib: “Texniki baxışdan keçmə müddətinin bitməsinə baxmayarq, idarə etdiyi nəqliyyat vasitəsini könüllü şəkildə Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim edənlər inzibati məsuliyyətə cəlb olunmayacaq. Həmin yerdə fasiləsiz olaraq avtomobillərə baxış keçirilir və texniki cəhətdən saz olan avtomobillərə birka verilir. Ancaq yolda saxlanılsa, güzəşt olunmur".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR