Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropada terror ehtimalı yüksəkdir

Avropada terror ehtimalı yüksəkdir

Date: 22 November 2016 09:05

ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.   
 
Dövlət Departamenti Avropa ölkələrində, xüsusi olaraq bayram günlərində terror aktlarının törədilməsi ehtimalının yüksək olduğunu bildirib.
 
"Əldə olan məlumata əsasən ehtimal edilir ki, İŞİD, "Əl-Qaidə" kimi terror təşkilatları yeni  terror aktları törətməyi planlaşdırmağa davam edirlər. Avropada terror aktlarının törədilməsi ehtimalı yüksəkdir", məlumatda deyilir.
 
Dövlət Departamenti vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə edib.

Milli.Az


Tags:  Avropada terror ehtimalı yüksəkdir

RƏYLƏR


Top news