Dünya şahmat tacı uğrunda görüşdə ilk dəfə qalib müəyyənləşib

Dünya şahmat tacı uğrunda görüşdə ilk dəfə qalib müəyyənləşib
09:17 22 Noyabr 2016
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyalı Sergey Karyakinlə norveçli Maqnus Karlsen arasında dünya şahmat tacı uğrunda keçirilən görüşün VIII partiyasına yekun vurulub.
"Report"un məlumatına görə, görüş qara fiqurlarla oynayan Karyakinin qələbəsi ilə yekunlaşıb. 51-ci gedişdən sonra hazırkı dünya çempionu təslim olub. Bununla da qarşılaşmada ilk dəfə qalib müəyyənləşib və xal fərqində üstünlüyü rusiyalı qrossmeyster ələ keçirib - 4,5:3,5.
Qeyd edək ki, IX partiyası noyabrın 23-də olacaq. Görüş ümumilikdə 12 partiyadan ibarətdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/dunya-sahmat-taci-ugrunda-gorusde-ilk-defe-qalib-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR