Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"ABŞ-ın "Cənub qaz dəhlizi" layihəsinə dəstəyi dayandırmasına səbəb yoxdur"

"ABŞ-ın "Cənub qaz dəhlizi" layihəsinə dəstəyi dayandırmasına səbəb yoxdur"

Azərbaycanın EITI-dən çıxması "Cənub Qaz Dəhlizi" layihəsinə təsir edəcəkmi? (23 Mart 2017 17:33)
Azərbaycanın EITI-dən çıxması "Cənub Qaz Dəhlizi" layihəsinə təsir edəcəkmi? (23 Mart 2017 16:32)
Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50% azaldır (11 Mart 2017 13:53)

Tarix: 22 Noyabr 2016 09:22

"ABŞ-ın "Cənub qaz dəhlizi" layihəsinə dəstəyi dayandırması üçün heç bir səbəbi yoxdur".

Milli.Az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Trend-ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp böyük ehtimalla ölkənin xarici siyasətini dəyişməyəcək.

"Bu gün Donald Trampın Cənubi Qafqazla bağlı siyasətinin necə olacağını bilmək çətindir. O, bu barədə heç bir açıqlama verməyib və ümumiyyətlə, onun xarici siyasət barədə açıqlamaları ziddiyyətlidir. Fikrimcə, o, ABŞ xarici siyasətini dəyişmək istəməyəcək. Digər tərəfdən, "Cənub qaz dəhlizi" layihəsi kifayət qədər irəliləyib, qaz satışları ilə bağlı müqavilələr imzalanıb, tikinti işləri davam edir. Fikrimcə, ABŞ-ın bu layihəyə dəstəyini dayandırmaq üçün heç bir səbəbi yoxdur. Baxmayaraq ki, Trampın xarici siyasətlə bağlı verdiyi tək açıqlama bu layihəni dəstəkləməyən Rusiya ilə münasibətlərin normallaşması barədə olub".

Keçmiş səfirin sözlərinə görə, layihə ilə bağlı proseslər artıq həyata keçirildiyi üçün ABŞ-ın bu mərhələdə dəstəyi çox da vacib deyil.

Milli.Az


Teqlər:  ABŞ-ın Cənub qaz dəhlizi layihəsinə dəstəyi dayandırmasına səbəb yoxdur



RƏYLƏR


Top xəbərlər