Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Erməni silahlılarından cəbhədə növbəti TƏXRİBAT

Erməni silahlılarından cəbhədə növbəti TƏXRİBAT

Moskvada ermənilərin Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alınıb (09 Mart 2017 20:28)
Cəbhədə öldürülən erməni hərbçisi mayordur - VİDEO (02 Mart 2017 16:29)
Ermənilər saxta videolar yayır - TƏXRİBAT (26 Fevral 2017 00:12)

Tarix: 22 Noyabr 2016 09:27

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Mərzili, Baş Qərvənd, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az


Teqlər:  Erməni silahlılarından cəbhədə növbəti TƏXRİBAT



RƏYLƏR


Top xəbərlər