"Bakı Dəmir-Beton 7”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

"Bakı Dəmir-Beton 7”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
09:27 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Bakı Dəmir -Beton 7” ASC-nin səhmdarlarının dekabrın 30-u, saat 11:00-a təyin edilmiş növbəti ümumi yığıncağı yanvarın 6-sı, saat 11:00-a keçirilib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Yığıncağın gündəliyinə müəssisənin İdarə Heyətinə yeni sədr seçilməsi, Müşahidə Şurasının yeni tərkibinin müəyyən edilməsi və digər məsələlər daxildir.
Yığıncaq saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2a ünvanında baş tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/baki-demir-beton-7-nin-sehmdarlarinin-yigincaginin-vaxti-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR