İmişlidə avtomobil azyaşlı piyadanı vurub.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan, 8 yaşlı Musa Əvəz oğlu Xudiyev piyada gedərkən onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az