“Rabitə işi”nin şahidləri: “Hər ay bizə “paket”də pul verilirdi”

“Rabitə işi”nin şahidləri: “Hər ay bizə “paket”də pul verilirdi”
09:47 22 Noyabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin ibtidai istintaqı dövründə şahid qismində dindirilən Mətanət Məmmədovanın ifadəsi məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, M.Məmmədova ifadəsində 2011-ci ilin fevral ayından RYTN-də maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işlədiyini deyib.
Onun sözlərinə görə, işlədiyi həmin şöbə birbaşa nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova tabe olub: “Nazirliyin aparatının strukturuna həmin şöbədən əlavə digərləri, o cümlədən beynəlxalq əməkdaşlıq, informasiya cəmiyyəti, hüquq və insan resursları, eyni zamanda tənzimləmə və başqa şöbələr də daxildir”.
M.Məmmədova dindirilərkən 2009-2015-ci illərdə nazirliyin Aparat rəhbərinin RYTN-in struktur bölmələrinin rəhbərlərindən pul toplaması barədə məlumatının olmadığını bildirib: “Lakin həmin dövrdə o, mənə və şöbənin digər 10 əməkdaşına verilməsi üçün pulu bağlı zərfdə təqdim etdi. Şəxsən mənə 6 min manat pul verdi. Aparat rəhbəri, şöbənin işçilərinə tutduqları vəzifələrinə uyğun olaraq, 400 manatdan başlayaraq 2500 manata kimi hər ay pul verməyimi istədi. Həmin pul vəsaitini almağımızla bağlı hər hansı bir sənədə imza qol çəkməmişik. Aparat rəhbərinin qeyd olunan pul vəsaitini hansı mənbə hesabına toplayıb bizə verməsindən isə məlumatım olmayıb”.
RYTN-də məsul vəzifələrdə işləyən Rədifə Abbasova, Fuad Əhmədov və İlham Mərdanov da göstərilən faktlarla bağlı şahid qismində dindirilib. Həmin şəxslər də şahid M.Məmmədovanın ifadəsinə oxşar məzmunlu ifadə verib. Onlar nazirliyin keçmiş Aparat rəhbəri tərəfindən onlara hər ay bağlı zərfdə “paket” olaraq pul verilməsini, lakin həmin pul vəsaitlərinin hansı mənbələr hesabına daxil olmasından xəbərsiz olduqlarını söyləyiblər.
Qeyd edək ki, V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, 8 milyon manat mənimsəməkdə təqsirli bilinir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dünyanı tərsinə göstərən illüstrasiyalar - FOTOLAR

30 Aprel 2017 16:58

3 islamçı edam olunacaq

30 Aprel 2017 16:56

"Qardaşım, köçürə bildin?" - Qəbul imtahanında MARAQLI PANKART

30 Aprel 2017 16:52

"Bakı Marafonu 2017"-nin qalibləri - FOTO

30 Aprel 2017 16:52

Misirdə üç islamçı edam olunacaq

30 Aprel 2017 16:50

“Əl-Qaidə”nin 5 üzvü öldürülüb

30 Aprel 2017 16:49

Hər gün istifadə etdiyimiz şeyləri görün kimlər YARADIBMIŞ... - FOTOLAR

30 Aprel 2017 16:48

Bakı Marafonu 2017-nin qalibləri (FOTO)

30 Aprel 2017 16:43

Dovşanların amansız döyüşü maraq doğurur

30 Aprel 2017 16:43

Tərcümə olunmayan sözlər - FOTOLAR

30 Aprel 2017 16:38

Evi təmir edərkən xəzinə tapdılar

30 Aprel 2017 16:37

Belarus səfiri: Bakıda idmançılara yaradılmış şərait ən yüksək nailiyyətlər qazanmalarına imkan verir

30 Aprel 2017 16:36

Elxan Abdullayev: “Marafonda ayağımda zədə olmasına baxmayaraq 10 kilometr qaçdım"

30 Aprel 2017 16:32

Şarapova məğlub oldu

30 Aprel 2017 16:30

Dünyanın hər an məhv ola biləcək ən gözəl guşələri - FOTOLAR

30 Aprel 2017 16:28

Hökmdarın evi otel olacaq

30 Aprel 2017 16:27

Devid Moyes: "Məsuliyyəti kollektiv surətdə üzərimizə götürürük"

30 Aprel 2017 16:12

Bir qəbilənin 12 üzvü öldürüldü

30 Aprel 2017 16:09

Suriyada aviazərbələr nəticəsində 8 dinc sakin həlak olub

30 Aprel 2017 16:08

Çirkli saçları xilas edən saç düzümləri - FOTOLAR

30 Aprel 2017 16:03

Qarabağ veteranının evi YANDI

30 Aprel 2017 15:57

Marina Durunda Azərbaycan yığmasından uğurlu çıxış gözləyir

30 Aprel 2017 15:55

Bloqqer Mehman Qələndərlinin intiharı ilə bağlı

30 Aprel 2017 15:54

Tanınmış aktyor vəfat etdi

30 Aprel 2017 15:47

Xırdalanda 1 yaş 6 aylıq uşaq 4-cü mərtəbədən yıxılıb sağ qaldı

30 Aprel 2017 15:44

Azərbaycanda toyda baş verən bu hadisə dünya mediasının gündəmində

30 Aprel 2017 15:41

Everestə çıxmaq istəyən alpinist donaraq ölüb

30 Aprel 2017 15:39

"Zərbə endirə bilərik" - Ərdoğan

30 Aprel 2017 15:33

Yayla Kiriç Ali: “Bakı Marafonu 2017”nin qalibi olacağıma inanırdım"

30 Aprel 2017 15:32

Rusiyalı gimnastlar: "Öz üzərimizdə işləməli, səhvləri düzəltməliyik"

30 Aprel 2017 15:29

Millimizin Bakı-2017-də HEYƏTİ

30 Aprel 2017 15:29

Antalyaya qiyabi səyahət

30 Aprel 2017 15:28

Qəza xeyli sayda can aldı

30 Aprel 2017 15:27

Nazirlik: Həmin ətlər ölmüş at və aqoniya vəziyyətində kəsilmiş mal ətləridir

30 Aprel 2017 15:24

Xoşqədəm "Sən supersən!"in səhnəsində Alla Puqaçovanın mahnısını ifa etdi

30 Aprel 2017 15:22

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

30 Aprel 2017 15:22

Corab sataraq milyonçu olan məktəbli

30 Aprel 2017 15:19

Salyanda Qarabağ veteranının evi yanıb

30 Aprel 2017 15:17

Kürdəmirdə pambıq tarlasında bədbəxt hadisə

30 Aprel 2017 15:15

Braziliyalı futbolçu Bundesliqanın tarixinə düşdü

30 Aprel 2017 15:12

Daşkəsəndə aşkarlanan ət insan sağlamlığı üçün təhlükəlidir - Nazirlik məlumat yaydı

30 Aprel 2017 15:12

Bu ağacın 4841 yaşı var - FOTOLAR

30 Aprel 2017 15:08

Taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO

30 Aprel 2017 15:05

"Beynəlxalq Caz Günü" qeyd olunur

30 Aprel 2017 15:02

Qardaşlarını, onların həyat yoldaşlarını öldürdü

30 Aprel 2017 14:59

Karton parçasından görün nələr yaratdı - FOTOLAR

30 Aprel 2017 14:58

Kolumbiyada bina çökdü: 20 ÖLÜ

30 Aprel 2017 14:52

104 cüt ayaqqabı oğurladılar - AĞDAŞDA

30 Aprel 2017 14:49

Neymar bombası "partlayır" - 200 milyonluq transfer

30 Aprel 2017 14:47

“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

30 Aprel 2017 14:47