Azərbaycanlı məşhur ölümqabağı həkimdən nə istəyib? - GİZLİNLƏR

Azərbaycanlı məşhur ölümqabağı həkimdən nə istəyib? - GİZLİNLƏR
10:03 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

O, Azərbaycan kinosuna "Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" kimi filmlər bəxş edib. Təsadüfi deyil ki, onu XX əsrin ən böyük rejissoru kimi də dəyərləndirirlər. Xalq artisti, görkəmli rejissor Rasim Ocaqovdan danışacağıq. Onunla bizi on illik zaman kəsiyi ayırır. Bu gün onun doğum günüdür.

Tanınmış rejissor Əbdül Mahmudbəyov yaxın dostu və həmkarı ilə bağlı Publika.az-a müsahibə verib.

- Əbdül müəllim, Rasim Ocaqov yaddaşınızda necə bir insan və rejissor kimi qalıb?

- Biz dostları ona Ocaqov deyə müraciət edərdik. Mən onu belə xarakterizə edərdim: mükəmməl rejissor, işinin peşəkarı, şedevr filmlərin müəllifi. Ocaqovun nəbzi kino ilə döyünürdü. Bu adam anadan kino üçün doğulmuşdu. Ən zəif ssenarini belə Ocaqov mükəmməl film şəklində çəkib təqdim etməyi bacarırdı. Bir insan kimi həddən artıq mədəni, ziyalı bir insan idi. Çox qəliz, qapalı, qaradinməz, mürəkkəb adam idi. Hər adamla asanlıqla kontakta girməyi bacarmırdı, heç özü də bunu istəmirdi. Buna görə də kənardan onu o qədər də tanımaq olmurdu. Amma tanıdıqca Ocaqova vurulurdun. İncə yumor hissinə malik idi. Sadə, səmimi və dürüst insan idi.

- Deyilənə görə, kaprizli rejissor idi və onu razı salmaq çətin idi?

- Çəkiliş meydançasında çox sərt, amansız, rəhmsiz, hətta mən deyərdim ki, Allahsız bir rejissor idi. Nizam-intizama fikir verən adam idi. Heç vaxt heç kimə güzəştə getməzdi. Bir sözünü iki eləmək mümkün deyildi.

- Buna görə aktyorlar ondan inciyirdi?

- Əvvəl-əvvəl inciyirdilər, amma onu tanıyandan sonra Ocaqovu olduğu kimi qəbul edirdilər. Çünki bilirdilər ki, bütün bu sərtliyin nəticəsi olaraq qarşıda onları uğurlu bir film gözləyir. Bəzən elə rejissorlar olurdu ki, kiminsə tapşırığı, xahişi ilə hansısa aktyoru filmə çəkmək məcburiyyətində qalırdı. Amma Ocaqova belə bir xahişlə müraciət etmək mümkünsüz idi. O, aktyorlarını özü seçirdi və seçiminə heç kimin müdaxilə etməsinə imkan verməzdi. O, ssenarini aktyorların üzərində qururdu. Özü də seçiminə əmin idi. Ocaqov aktyorlarını incitdiyi qədər də onların qədrini bilirdi. Peşəkarı gözünün üstündə tutmağı bacarırdı.

- Bildiyimiz qədər, sevdiyi aktyorlar vardı?

- Bəli, sevdiyi aktyorlar vardı və hər zaman da onları çəkirdi. Şəfiqə Məmmədovanı, Fəxrəddin Manafovu, Həsən Məmmədovu, Hacı İsmayılovu çox istəyirdi. O, aktyorda təbiiliyə üstünlük verirdi. Realist rejissor idi və real filmlərə üstünlük verirdi.

- Bədxahları vardımı?

- Əlbəttə vardı. Ocaqov onlara əhəmiyyət vermirdi, çünki işinin peşəkarı idi. Ona pislik etmək istəyən rejissorlar ofsaytda qalırdılar. Təbii ki, küsülü olduğu həmkarları da vardı, amma onların adını çəkmək istəmirəm. Çünki çoxu rəhmətə gedib. Ocaqov intriqa sevən adam deyildi, onu intriqaya çəkmək istəyən adamlardan da uzaq dururdu.

- Hobbisi, əyləncəsi vardımı?

- Futbolu çox sevirdi və kinostudiyanın futbol komandasında oynayırdı. Gecə yarısı bir də görürdün zəng edib ki, Əbdul, futbol başlayıb, sən də bax. Bir də siqaretlə yatıb, siqaretlə dururdu. Bu adam gündüzlər yemək yemirdi, yalnız siqaret çəkirdi. Yeməyi gecələr yeyirdi. Özü də piti və plovu çox sevirdi. Bir də gördün gecə zəng edib ki, Əbdül, əla piti var, gəl qonaq ol.

Ölümündən 3 il əvvəl də infarkt keçirmişdi. Bildiyimə görə, birinci dəfə Təhminə filminin çəkilişləri zamanı infarkt olmuşdu. Danışırdı ki, həmin vaxt siqaret çəkdiyi yerdə gözü qaralıb, bir onda ayılıb ki, reanimasiyadadır. Gözünü açanda həkim ondan soruşub ki, ürəyiniz nə istəyir? O da soruşub ki, yaxınlarımdan burda kim var? Həkim deyib hamı. Həkimdən xahiş edib ki, kürəkəninə desin, ona bir siqaret gətirsin. Həkim ona reanimasiyada olduğunu xatırladıb və siqaretin onu öldürəcəyini bildirib. Rasim deyib ki, əksinə, siqaret çəkməsəm, öləcəyəm, ölümümə bais olmayın. Ocaqov ömrünün sonuna qədər siqareti atmadı. Deyirdi ki, siqaretdən aldığım həzzi həyatda heç nədən almamışam.

- Ailə başçısı, ata kimi necə idi?

- Ailəsinə bağlı insan idi. Həyat yoldaşı Sveta xanımla Əjdər İbrahimovun "Onun böyük ürəyi" filminin çəkilişləri zamanı tanış olmuşdu. Aktrisa deyildi. Amma o vaxtlar dəb idi, gözəl qızları filmlərə dəvət edirdilər. Ocaqov qızı orda görüb bəyənmişdi və evlənmişdilər. İki gözəl qızı vardı. Kürəkənini o qədər çox istəyirdi ki, həftədə bir dəfə onunla yeyib-içməyə gedirdi.

- Məşhur bir rejissor kimi həyat tərzi necə idi?

- Çox sadə. Dovşan dərisindən köhnə bir papağı və rəngi solmuş bir şərfi vardı. Mən də o vaxtlar dəblə geyinən oğlan idim. Bir dəfə bahalı bir papaq almışdım. Məndən soruşdu ki, nə qəşəng papağın var, neçəyə almısan? Dedim ki, 750 manata. Dəli oldu ki, nə danışırsan, başın xarab olub, 750 manatı o papağa verməyə necə əlin gəldi? Belə sadə insan idi.

- Deyilənə görə, ölümünü hiss edirmiş, hətta vəfatından bir-iki gün əvvəl dostları ilə görüşübmüş…

- Mən onunla ölümündən bir gün qabaq görüşmüşdüm. Elə dostlarla yığışmışdıq. Evə gedəndən sonra eşitdim ki, qəfildən halı pisləşib, təcili yardım maşını çağırıblar. Səhəri gün gecə saat 11-də eşitdik ki, dünyasını dəyişib. Elə ayaqüstə bu həyatla vidalaşıb. Ocaqov ömrü boyu çalışan insan idi, səhhətində problemləri qabartmağı sevməzdi. Hələ bir nəfər dostu bilməzdi ki, bu adamın dərdi, azarı, xəstəliyi var, ya yox. Olsa da, dərdini içində çəkməyi xoşlayırdı. Qaradinməz adam idi axı. Xasiyyəti elə idi ki, xoşuna gəlməyən adamla hətta oturub bir stəkan çay da içməzdi. Qəribəlikləri çox idi, bunu yalnız biz dostları bilirdik.

- Doğrudurmu ki, filmləri arasında ən çox "Tütək səsi" filmini bəyənirmiş?

- O filmdə nəsə öz həyatını görürdü. Özünün də uşaqlığı müharibə illərinə təsadüf edib axı. Bir sirri də sizə açım, bunu ilk dəfə deyirəm, heç kim bilmir. "Tütək səsi" filmini əvvəlcə mənə vermişdilər. Onda Ədil İsgəndərov kinostudiyanın direktoru idi və mən onun tələbəsi olduğum üçün həmin filmi mənə vermişdi. İsa Hüseynovla danışıb, ssenarini də götürmüşdüm. Həmin ərəfədə Ədil İsgəndərovu işdən çıxardılar və filmi də mənim əlimdən aldılar. Sonradan yeni rəhbərlik filmi Ocaqova verdi. Ocaqov bilirdi ki, bu filmi mən çəkməliydim, buna görə də rəhbərliyə etiraz etmişdi. Amma etirazını qəbul etməmişdilər. Bir gün məni yanına çağırıb kişi kimi halallıq istədi. Dedi ki, bu filmi mənə veriblər, kişi kimi danışaq: razısan, ya yox? Mən ona cavab verdim ki, get, çək, sənə hallıq verirəm. Yəni o, mənə bunu deməyə də bilərdi. Amma Ocaqov mərd insan idi və buna görə də onu hamı çox istəyirdi.

Cəvahir Səlimqızı












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ səfiri Rusiya XİN-in qərarına etirazını bildirib

28 İyul 2017 17:07

Nazirlikdən alıcılara ərzaq məhsulları ilə bağlı

28 İyul 2017 17:07

Nazirlikdən alıcılara ərzaq məhsulları ilə bağlı XƏBƏRDARLIQ

28 İyul 2017 17:05

"Toyu qapalı edir, sonra da arvadının hamiləliyindən danışır" - Nadir

28 İyul 2017 17:05

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

28 İyul 2017 17:02

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

28 İyul 2017 16:57

Qara bikinidə verdiyi pozalarla göz qamaşdırdı - FOTO

28 İyul 2017 16:57

Putin ABŞ-lı diplomatları qovur

28 İyul 2017 16:56

Nazirlik əhaliyə müraciət etdi: "Hüquqlarınızı tələb edin"!

28 İyul 2017 16:54

Neftçıxarma ekipajına hücum edildi: 50 ölü

28 İyul 2017 16:53

Bekham qızın elə yerinə imza atdı ki... - FOTO

28 İyul 2017 16:52

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

28 İyul 2017 16:52

Tuba Büyüküstünə keçmiş həyat yoldaşından böyük ŞOK!

28 İyul 2017 16:48

Deputat: "Gələcəkdə bizi böyük uğurlar gözləyir"

28 İyul 2017 16:47

Albaniyada restoranda PARTLAYIŞ - 20-dən çox yaralı

28 İyul 2017 16:47

Bəkir HƏBS OLUNDU

28 İyul 2017 16:47

Üç məhkumun həbsxanadan qaçış VİDEOsu ortaya çıxdı - BELƏ QAÇIBLAR

28 İyul 2017 16:47

Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edildi

28 İyul 2017 16:47

ABŞ iqtisadiyyatında artım proqnozları üstələyə bilməyib

28 İyul 2017 16:47

"Barselona"nın Arda Turanla bağlı qərarı açıqlandı

28 İyul 2017 16:47

® Sərfəli “Tətil” paketlərindən birini seç, Ukraynaya “Nar” ilə səyahət et!

28 İyul 2017 16:39

Prokuror "Dostluq" parkı ərazisinin qanunsuz satılmasında təqsirləndirilən şəxsə dair qərardan protest verib

28 İyul 2017 16:37

Aygün Kazımova ilə modelyer arasında qalmaqal: "Haqqımı halal etmirəm" - FOTO

28 İyul 2017 16:37

İki il qabaq anası öldü, atasının aldığı ikinci arvadın ŞAH DAMARINI KƏSDİ - DƏHŞƏTLİ TƏFƏRRÜAT

28 İyul 2017 16:33

"ABŞ Rusiyaya müharibə elan etdi"

28 İyul 2017 16:33

Sofiya Rotaru Bakıya nəvəsi ilə gəldi - FOTO

28 İyul 2017 16:32

Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edildi

28 İyul 2017 16:30

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

28 İyul 2017 16:29

İlin son aylarında DEVALVASİYA GÖZLƏNİLİR?

28 İyul 2017 16:28

Bakıda ağac qeyri-adi "bar" verdi - FOTO

28 İyul 2017 16:27

"Səbail" loqosunu dəyişdi - FOTO

28 İyul 2017 16:27

Muğanbankın baş ofisində "Muğanbank Çek" üzrə 11-ci tiraj keçiriləcək

28 İyul 2017 16:22

® Unibank daha bir nominasiyanın qalibi olub

28 İyul 2017 16:19

Almaniyalı idmançı Bakıda tapança ilə güllə atıcılığı yarışının qalibi olub

28 İyul 2017 16:18

Azərbaycanlı memarın əl işi bütün türkləri heyran qoydu - FOTOLAR

28 İyul 2017 16:18

“Neftçi” xorvat fubolçu transfer etdi - FOTO

28 İyul 2017 16:17

Elariz Məmmədoğlu yeni serialda çəkilir - "Toydan sonra nağara" - VİDEO - FOTO

28 İyul 2017 16:17

Uşaqları ilə birgə intihar edən gəlinin qayınanası PROKURORLUQDA

28 İyul 2017 16:14

Balqabaqla qaraciyərin təmizlənməsi

28 İyul 2017 16:14

Sevda oğlu və nəvələri ilə çimərlikdə - FOTO

28 İyul 2017 16:12

Ermənilərlə azərbaycanlı iş adamı arasında qarşıdurma - Ukraynada - FOTO

28 İyul 2017 16:12

Qandonduran cinayətdən dəhşətli faktlar: “Gülməyinə ara vermirdi”

28 İyul 2017 16:08

Rusiya 2018-ci ildən xalis borcalan ölkəyə çevrilə bilər

28 İyul 2017 16:07

BDU-nun Dinşünaslıq fakültəsi BAĞLANIB?

28 İyul 2017 16:05

Bakıya uçan təyyarədə problem yarandı

28 İyul 2017 16:05

Ukrayna daxili işlər nazirinin müavini rüşvət alarkən tutulub

28 İyul 2017 16:02

“Bank VTB (Azerbaijan)” Rus Mədəniyyəti Mərkəzində kompüter sinfi açıb

28 İyul 2017 16:02

Şahdağ Turizm Mərkəzi informasiya texnologiyaları avadanlıqları alacaq

28 İyul 2017 16:02

“15 aydı maaş üzünə həsrətik” – güləşçilər aksiya keçirdilər

28 İyul 2017 15:59

Fərhad Bədəlbəyliyə AĞIR İTKİ

28 İyul 2017 15:58