Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda keçmiş polis əməkdaşı güllələndi

Bakıda keçmiş polis əməkdaşı güllələndi

Bakıda polis əməkdaşı vətəndaşı ölümdən xilas etdi (04 Mart 2017 16:20)
Bakıda keçmiş məhkumdan silah və heroin götürülüb (22 Fevral 2017 11:32)
ABŞ-da baş vermiş atışmada 1 polis əməkdaşı öldürülüb, daha 1-i xəsarət alıb (21 Fevral 2017 04:12)

Tarix: 22 Noyabr 2016 10:05

Bakıda təqaüddə olan polis ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində, Allahyarov Şəmşəddin Nurəddin oğluna məxsus evdə qeydə alınıb.

Belə ki, ev sahibi, 52 yaşlı Ş.Allahyarov ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə o, sol biləyindən xəsarət alıb.
Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Ş.Allahyarovun sol qolu əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, Ş.Allahyarov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində polis mayoru kimi fəaliyyət göstərib. 6 ay bundan öncə təqaüdə çıxıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Teqlər:  Bakıda keçmiş polis əməkdaşı güllələndi



RƏYLƏR


Top xəbərlər