Başı kəsilmiş 9 cəsəd tapıldı - Ölkə qorxu içində

Başı kəsilmiş 9 cəsəd tapıldı - Ölkə qorxu içində
10:12 22 Noyabr 2016
202 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın Gerrero əyalətində başı kəsilib yol kənarına atılmış 9 cəsəd tapılıb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, əyalət polisi açıqlamasında bildirib ki, cəsədlərin bir neçəsi torbalara yığılıb, qalanları isə ədyallara bükülüb. Bəzi cəsədlərin üzərində işgəncə izləri var. Öldürülənlərdən birinin hərbi rütbəsi var.

Qeyd edək ki, bu əyalətdə son üç gün ərzində 14 cəsəd tapılıb.

Meksikada hər il narkotik ticarəti ilə məşğul olan mafiyalar arasında yaşanan mübahisələr onlarla insanın ölümünə səbəb olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR