"Anderlext"lə oyundan öncə "Qəbələ"də şok

"Anderlext"lə oyundan öncə "Qəbələ"də şok
10:27 22 Noyabr 2016
98 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" Avropa Liqasının "Anderlext"lə oyununa ciddi itki ilə çıxacaq. Fanat.Az xəbər verir ki, Sergey Zenyov belçikalılarla oyunda komandasına kömək edə bilməyəcək.


Sonuncu dəfə "Sent-Etyen"lə noyabrın 3-də keçrilən Avroliqa oyununda meydana çıxan və 61-ci dəqiqədə əvəzlənən estoniyalı futbolçu Estoniyanın Belçika ilə matçından əvvəl zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı. 27 yaşlı hücumçu hazırda məşqlərə qatılmır və "Anderlext"ə qarşı oynamayacağı dəqiqdi.


Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotanderlextquotl-oyundan-onc-quotqblquotd-ok-t54343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR