Nənəsinin yasına gedən gənc yolda öldü - FOTO

Nənəsinin yasına gedən gənc yolda öldü - FOTO
10:37 22 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 20-də Abşeron rayonu Masazır qəsəbəsində baş verən və ölümlə nəticələn yol-nəqliyyat hadisənin bəzi təfərrüatları məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən Oğuz rayon sakini Cavid Rəsulov Bakıda fəhləliklə məşğul olub.  Bildirildiyinə görə, mərhum  xalasıgildə qalırmış. Hadisə baş verən günü isə xalasının ailəsi ilə birlikdə Oğuza, nənəsinin ölümünün ildönümünə gedirmiş.
Avtomobili xalası oğlu Şahin Səmədov idarə edib. Cavid Rəsulov isə avtomobilin ön oturacağında imiş. Qəza baş verən zaman o, təhlükəsizlik kəmərindən istifadə etməyib. Bu səbəbdən zərbənin gücündən avtomobilin ön şüşəsindən çölə çıxıb.

Artıq Cavid Rəsulov Oğuz rayonu Bayan kəndində dəfn edilib.
Qəza zamanı avtomobildə olan Mahir Səmədovun omba sümüyü çıxıb, avtomobili idarə edən Şahin Səmədovun ayağı qırılıb, onun ayağına  7 tikiş qoyulub. Digər sərnişinlərdən Natiq Səmədov sinəsindən zərbə alıb, Sevil Səmədovanın isə əli qırılıb.

Qeyd edək ki,  noyabrın 20-də saat 15 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində Şahin Səmədovun idarə etdiyi "VAZ-2106" və Daşqın Səfərovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə Ş.Səmədovun sərnişinlərindən Oğuz rayon sakini Cavid Rəsulov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdiriliblər.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR