Azərbaycanlı qız Zuhal Topalın verilişində ərə gedir - video

Azərbaycanlı qız Zuhal Topalın verilişində ərə gedir -  video
10:51 22 Noyabr 2016
419 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə “Star TV”də yayımlanan “Zuhal Topalla” verilişinə qatılan azərbaycanlı gəlin Naz ərə gedir.

Axşam.az-ın məlumatına görə, Naz ona namizəd olan Baha adlı oğlanın təklifini qəbul edib. Bir müddətdir tanışlıq mərhələsində olan cütlük evlənmə qərarına gəlib.

Naz “Öz vətənimdə bəzi insanlar mənə tənqid yazır, münasibətimizə inanmır. Məni sevməsəniz də, məndən ev qadını olmayacağını desəniz də, Bahanın əlini buraxmayacam. Onların acığına ayrılmayacağıq, evlənib, nikah şəhadətnaməsini efirdə göstərəcəyik” deyə, bildirib.

Baha toyun gələn ilin yayında olacağını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Naz Bahadan küsərək Azərbaycana qayıtmışdı. Baha Bakıya gəlib, onu yenidən İstanbula aparmışdı.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR