Meymun hicablı qıza sataşdı, iki nəsil atışdı: 21 ölü, 50 yaralı - VİDEO - FOTO

Meymun hicablı qıza sataşdı, iki nəsil atışdı: 21 ölü, 50 yaralı - VİDEO - FOTO
10:52 22 Noyabr 2016
201 Maraqlı
Ölkə mətbuatı
A- A+

Liviyanın Sabha şəhərində meymunla bağlı insidentdən sonra iki nəsil arasında baş vermiş atışmada azı 21 nəfər həlak olub.

Milli.Az Al Arabiya-ya istinadən bildirr ki, Güdedfa nəslindən olan 34 yaşlı kişinin meymunu  Əvlad Süleyman nəslindən olan hicablı məktəbli qıza hücum edib. Meymun 13 yaşlı qızın başındakı hicabı açıb, onu cırmaqlayıb və dişləyib.

Qızın atası və qardaşları qisas almaq üçün meymunun sahibi ilə bahəm, onun iki oğlunu güllələyiblər.

Əvlad Süleyman və Güdedfa nəsilləri arasında atışma günlərlə davam edib.

Ölənlərin sayı, çox güman ki, daha çoxdur, çünki hələlik sadəcə, Əvlad Süleyman nəslindən itkilərlə bağlı xəbərlər verilir.

Məlumatlarda, döyüş zamanı tanklar, raketlər, minomyotlar və ağır silahlardan istifadə edildiyi və azı 50 adamın yaralandığı deyilir.

Güdedfa nəsli Liviyanın mərhum lideri Müəmmər Qəzzafinin də mənsub olduğu Qəzzazfa qəbiləsinə məxsusdur.

Şəhər hospitalının baş həkimi Əbdel Rəhman Areşin dediyinə görə, yaralıların sayı artır. Onların əksəriyyətinin vəziyyəti kritikdir.

Səbha şəhəri Liviyanın paytaxtı Tripolidən 660 km cənubdadır.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/491807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR