Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yığmamız 8:20 hesabı ilə uduzdu

Yığmamız 8:20 hesabı ilə uduzdu

Date: 22 November 2016 10:57

Ukraynanın paytaxtı Kiyevdə qadın həndbolçular arasında keçirilən Turçin Kuboku başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışda Azərbaycan millisi də qüvvəsini sınayıb.

Rəfiqə Şabanovanın başçılıq etdiyi komanda finalda uduzaraq, ikinci yeri tutub. Belə ki, kuboka cəmi 4 yığma qatılıb. Bunlar Ukraynanın əsas, ikinci və üçüncü komandaları olub. Yığmamız ilk matçını Ukrayna-3-ə qarşı keçirib. Həndbolçularımız qələbə qazanmaqda ciddi çətinlik çəkməyiblər - 34:22 (28:7).
 
Bu qələbə təmsilçimizi birbaşa finala yüksəldib. Onlar həlledici görüşdə 2-ci komandalarını 31:21 hesabı ilə məğlub edən ev sahiblərinin əsas millisi ilə oynayıblar. Qarşılaşmada səviyyə fərqi öz sözünü deyib. Yığmamız Ukraynaya 17:39 (8:20) hesabı ilə uduzub.

Milli.Az


Tags:  Yığmamız 820 hesabı uduzdu

RƏYLƏR


Top news