Azərbaycanlı sabiq futbolçu narkotik satarkən tutuldu

Azərbaycanlı sabiq futbolçu narkotik satarkən tutuldu
10:57 22 Noyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq tarixin yaddaşına qovuşan UEFA Kubokunda klublarımız arasında ilk və yeganə mərhələ sevincini "Karvan" yaşayıb.

Milli.Az futbol+ qəzetinə istinadən xəbər verir ki, yevlaxlılar 2006-cı ildə Slovakiyanın "Spartak" (Trnava) klubunu mübarizədən kənarlaşdırmaqla bu uğura imza atıblar.

İyulun 13-də Bakıdakı "Şəfa" stadionunda keçirilən ilk matçda təmsilçimiz Xaliq Muradovun qolu sayəsində 1:0 hesablı qələbə qazanmışdı. Cavab matçında da eyni hesabla qalib gələn "Karvan" futbol tariximizə adını həkk etdirmişdi.

Bu günlərdə Bakıda "Spartak"ın qapısına yol tapan Xaliq Muradovla bağlı xoşagəlməz hal ortaya çıxıb. Muradov 1 həftə öncə Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. O və şəriki 7,5 kq narkotik maddə olan marixuana satarkən saxlanılıblar. Mənbəmizin məlumatına görə, "Karvan"ın sabiq futbolçusu hazırda Gəncə təcridxanasındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR