Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərarnamə dərc olunub, 15000-dən artıq insan işdən çıxarılıb

Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərarnamə dərc olunub, 15000-dən artıq insan işdən çıxarılıb

Date: 22 November 2016 11:02

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyə hökuməti iyulun 15-də baş verən dövlət çevirilişinə cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində daha 15550 nəfəri işdən azad edib. 
“Report” “Anadolu” agentlyinə istindaən xəbər verir ki, onların hamısı yeni dərc olunan qanun hökmündə olan qərarnaməyə əsasən, işdən azad olunublar.
Məlumata görə, işdən çıxarılanların 7586-sı polis əməkdaşı, 403-ü jandarm, 1988-i hərbçi və 5000-i isə dövlət məmurudur. 
Bundan başqa, 550 ictimai təşkilat, 9 mətbuat orqanı, 19 özəl səhiyyə müəssisəsi də dövlət çevirilişinə cəhddə iştirak etməkdə şübhəli bilinərək, bağlanıb.
Xəbərə görə, 15 iyul dövlət çevirlişi cəhdindən sonra Türkiyədə 110 min dövlət məmuru işdən azad edilib. 


Tags:  Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərarnamə dərc olunub 15000-dən insan işdən çıxarılıb

RƏYLƏR


Top news