"Qəbələ"nin rəqibinin oyununda qorxulu anlar

"Qəbələ"nin rəqibinin oyununda qorxulu anlar
11:05 22 Noyabr 2016
97 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasının 11-ci turu çərçivəsində keçirilən "Maynts" - "Frayburq" matçında qorxulu anlar yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qonaqların futbolçusu Çağlar Söyüncü çənəsindən aldığı zərbə nəticəsində beyin sarsıntısı keçirib.

Nəticədə Türkiyə millisinin üzvü huşunu itirərək yerə yıxılıb. O, əvvəlcə xərəklə paltardəyişmə otağına, oradan isə xəstəxanaya aparılıb. Xəstəxanada özünə gələn Söyüncünün durumunun yaxşı olduğu bildirilir.

Qeyd edək ki, qarşılaşma Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Maynts"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR