Olland üçün son günlər: araşdırmalar başlandı

Olland üçün son günlər: araşdırmalar başlandı
11:08 22 Noyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Paris prokurorluğu şühhəli şəxs qismində Fransa prezidenti Fransua Olland ilə əlaqədar ilkin araşdırmalara başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı məxfi dövlət informasiyası və hərbi sirrin yayılmasında şübhəli bilinir.

Araşdırmanın səbəbi isə “Le Monde” qəzetdə dərc olunan məqalədir. Məqalədə “məxfi” qrifonun olduğu sənəddən sitat gətirilirdi. Sənəddə 2013-cü ilin avqustunda Fransa aviasiyası tərəfindən Suriyanın bombalanmasından söhbət gedirdi.

Nəşr qeyd edir ki, avqustun 30-da Fransa bombardmanlardan imtina edib, çünki ABŞ prezidenti Barak Obama Parisin təşəbbüsünü dəstəkləməyib. Amma sonra Fransua Olland “Le Monde” qəzetinin jurnalistlərinə bu hadisədən danışıb.

Bundan sonra müxalifətçi Respublikaçılar Partiyasından olan deputat Erik Siotti Paris prokurorluğuna şikayət edib. Prokurorluq isə artıq sənədin məxfiliyi haqqında izahat vermək xahişi ilə Fransa Müdafiə Nazirliyinə sorğu göndərib.

Xatırladaq ki, noyabrın 10-da Fransua Ollandın impiçmenti haqqında qətnamə layihəsi ölkə parlamentinin 79 deputatı tərəfindən imzalanıb, prezident və baş nazir administrasiyasına təqdim edilib. Qətnamənin gələcək taleyini parlamentin xüsusi bürosu həll edəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR