Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dayısının 40 min manatını oğurlayana 7 İL HƏBS

Dayısının 40 min manatını oğurlayana 7 İL HƏBS

Date: 22 November 2016 11:14

Dayısının evindən oğurluq etməkdə təqsirləndirilən Nilufər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Tamela Nəsrullayevanın sədrliyi ilə prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə N.Əhmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu il mayın 5-də Bakı şəhər sakini Atlıxan Məhərrəmlinin mənzilindən 40.000 manat pul oğurlanıb. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, ev sahibinin qohumu Nilufər Əhmədov tutulub. A. Məhərrəmlinin N. Əhmədovun dayısı olduğu məlum olub.


Tags:  Dayısının 40 min manatını oğurlayana İL HƏBS


RƏYLƏR


Top news