Bakıda avtomobil 58 yaşlı qadını vuraraq öldürdü

Bakıda avtomobil 58 yaşlı qadını vuraraq öldürdü
11:17 22 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 58 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
Belə ki, yolu keçmək istəyən 58 yaşlı Əsədullayeva Kainat Lətif qızını yüksək sürətlə hərəkət edən 90 HL 031 dövlət qeydiyyat nişanlı "NİVA" markalı avtomobil vurub.
Hadisəni törədən avtomobilin sürücüsü Əliyev Rüstəm Əbdulxalıq oğlu qadını xəstəxanaya çatdırıb. Xəstəxanaya çatdırılan K.Əsədullayevanın öldüyü məlum olub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Avtomobil cərimə meydançasına aparılıb. R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR