Bakı. 22 noyabr. REPORT.AZ/ Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə noyabrın 22-də Saatlı şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Saatlı rayon sakini Elmir Heydərov idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü E.Heydərov hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma apılır.