Gəncə şəhərində yem anbarında yanğın olub.
Milli.Az FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 400 m² olan yem anbarının dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə, ona bitişik, ümumi sahəsi 12 m² köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Milli.Az