Rejissor Robert Zemekisin "Allied" ("Müttəfiqlər") filminin promo-turu davam edir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ekran işinin növbəti təqdimatı Londonda baş tutub.
Filmin baş rol ifaçıları Bred Pit və Marion Kotiyyar da gecəyə qatılıblar. İkili kamera qarşısında poz verib.
Qeyd edək ki, Qərb mediası B.Pitlə Ancelina Colinin ayrılmasında Marionun olduğunu iddia edir. Lakin Qiyam Kane ilə evli olan aktrisa ondan ikinci uşağa hamilədir və Bredlə münasibəti haqda yayılan xəbərləri təkzib edib.