Dərman idxalçıları və xarici istehsalçı müəssisələrə XƏBƏRDARLIQ

Dərman idxalçıları və xarici istehsalçı müəssisələrə XƏBƏRDARLIQ
11:54 22 Noyabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, məlum olduğu kimi, istifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir və istifadə təlimatında dərman vasitəsinin farmakoloji xüsusiyyətləri, istifadəsinə dair göstəriş və əks göstərişlər, digər dərman vasitələri ilə qarşılıqlı təsiri, hamiləlik və laktasiya dövründə istifadəsi, dərman vasitəsinin istifadə qaydası, əlavə təsirləri, doza həddinin aşılması zamanı yaranan simptomlar və onların müalicəsi, dərman vasitəsinin saxlanması (temperatur rejimi və dərman vasitəsinin saxlanması üçün tələb edilən digər şərtlər) qaydaları, yararlılıq müddəti, aptekdən buraxılma şərti (resept əsasında və ya reseptsiz) kimi dərman vasitəsilə düzgün davranış qaydalarını müəyyən edən məlumatlar öz əksini tapır.

 

Bildirilir ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na 10 nömrəli Əlavəyə əsasən dərman vasitələrinin istifadəsinə aid təlimatın mətni Azərbaycan dilində və istehlakçı üçün aydın şəkildə tərtib olunmalıdır.

 

Həmçinin, “Dərman vasitələri haqqında “ Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən dərman vasitələrinin istifadəsi təlimatları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilir. Bu, dərman vasitəsinin istifadə təlimatının istehlakçı üçün anlaşıqlı, düzgün və əhəmiyyətli məlumatları əks etdirməsini təsdiq etmək üçün zəruridir.

 

Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, Azərbaycan Respublikasına idxal olunan dərman vasitələrini Azərbaycan dilində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş formada istifadə təlimatları ilə təmin etməyiniz məqsədəmüvafiqdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR