Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xorvatiyanın sabiq futbolçusu Azərbaycan millisinin baş məşqçisi barədə danışıb

Xorvatiyanın sabiq futbolçusu Azərbaycan millisinin baş məşqçisi barədə danışıb

Date: 22 November 2016 11:57

Bakı. 22 noyabr. REPORT.AZ/ Xorvatiyalı sabiq futbolçu Zvonimir Boban yığmadakı keçmiş komanda yoldaşı, hazırda Azərbaycan millisində baş məşqçi postunda çalışan Robert Prosineçki barədə danışıb. 
"Report"un məlumatına görə, ötənlərin məşhur hücumçusu Prosineçkini ölkəsinin ən yaxşı oyunçularından biri kimi xatırlayıb. "Onunla həyatım boyu yoldaşlıq etmişik. Super səviyyəli oyunçulardan biridir. Düzdür, futbolçu kimi hər şeyə nail olmadı. Halbuki, buna istedadı imkan verirdi. O, təəccüblü insandır və sehrli xarizmaya malikdir" deyən Boban keçmiş komanda yoldaşının tarixdə öz yerinin olduğunu vurğulayıb.
Qeyd edək ki, Zvonimir Boban və Robert Prosineçki 1980-ci illərdə Zaqreb "Dinamo"sunun uşaqlardan ibarət və əsas komandasında, eləcə də Yuqoslaviya və Xorvatiya yığmalarında birgə çıxış edib.


Tags:  Xorvatiyanın sabiq futbolçusu Azərbaycan millisinin baş məşqçisi barədə danışıb

RƏYLƏR


Top news