33 yaşlı rəis müavini bıçaqlandı

33 yaşlı rəis müavini bıçaqlandı
11:58 22 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə ötən gün bıçaqlanma faktı qeydə alınıb. Gəncə Lokomotiv Deposunun rəis müavini 33 yaşlı Sabit Qasımov bıçaqlanıb.

O, Gəncə Dəmiryolu Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.

Sabit Qasımovun sözlərinə görə, Gəncə Lokomativ Deposunda çilingər işləyən, qonşusu 34 yaşlı Rəşad Allahverdiyev tərəfindən münaqişə zəmnində bıçaqlanıb: İdarəmizin həyətinə daxil olmuşdum. 20 metr idi getmişdim, məni gördü başında papaq qaçdı üstümə. Mənim də əlimdə heç nə yox idi. O, bir ay yarım əvvəl işə gəlməmişdi. Birinci dəfə deyildi, dəfələrlə işə gəlmirdi. Buna akt tərtib elədik ki, niyə işə gəlmirsən? Bu da qapı bir qonşumdu, yaxın münasibətdə olduğum adamdı. Söhbət ondan gedir ki, nəyə görə mənim aktıma qol çəkirsən”.

Qasımov iş yoldaşlarının köməyi ilə xəstəxanaya gətirilib. (ARB)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR