Metroda təhlükəsizliyi gücləndirmək üçün təlimlər keçirilir

Metroda təhlükəsizliyi gücləndirmək üçün təlimlər keçirilir
12:04 22 Noyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 21-dən 25-dək “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində müəssisənin rəhbər heyəti və müvafiq xidmətlərin məsul əməkdaşları üçün “Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri” mövzusunda təlimlər keçirilir.

 

“Bakı Metropoliteni” QSC-nin  mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, təlimlərin təşkil olunmasında məqsəd terrorizm, təxribat və digər bu kimi hallarda təhlükəsizlik qaydalarının tətbiqi və onun fəsadlarının aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübələrdən yararlanmaqdır.


Təlimləri bu sahədə nəzəri və praktiki beynəlxalq təcrübəyə sahib olan “İntelligent Solutions İnternational” LTD şirkətinin mütəxəssisləri aparırlar.

 

Təlim çərçivəsində 250 nəfər metropoliten əməkdaşına metropolitendə baş verə biləcək terror-təxribat və digər qanun pozuntuları (vandalizm, cibgirlik və s.) zamanı qabaqlayıcı təhlükəsizlik tədbirləri və onların aradan qaldırılması barədə əlavə məlumatlar verilir. Bununla yanaşı, məşğələlərdə terrorizm və onun təzahürləri, bu tipli risklərin azaldılması istiqamətində nəqliyyatın təhlükəsiz istismarı və digər vacib məsələlər müzakirə edilir, eləcə də təhlükəsizliyin təşkili ilə bağlı beynəlxalq təcrübələrdən yararlanaraq mühazirələr oxunulur. 


Bundan başqa, keçirilən təlimlərdə iştirakçılara təhlükəsizliklə bağlı videoslaydlar nümayiş olunur, həmçinin təlim iştirakçılarına terror və təxribat xarakterli hadisələr zamanı boşluqların müəyyənləşdirilməsi, onların aradan qaldırılması istiqamətində əlavə təkliflər verilir.
Qeyd edək ki, metropolitendə təhlükəsizlik üzrə təlimlər - qəza hallarında insanların təxliyəsi, kimyəvi-bioloji- radioaktiv zəhərlənmənin əlamətlərinin aşkarlanması haqqında əlavə biliklərin verilməsini təmin edəcək. 


Qeyd edək ki, “Bakı Metropoliteni” QSC əməkdaşlarının təhlükəsizliklə bağlı təcrübələrinin artırılması məqsədilə təşkil olunan təlimlər davamlı olacaq. 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR