"Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları" təsdiqləndi

"Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları" təsdiqləndi
12:12 22 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkədə yeni dövlət qurumu yaradıldı (20 İyun 2017 18:49)
Dövlət Reklam Agentliyi yaradıldı (20 İyun 2017 18:43)
Azərbaycanda yeni dövlət qurumu yaradıldı (20 İyun 2017 18:32)

Nazirlər Kabineti "Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları"nı təsdiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır. Avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğuları yolda nəqliyyat vasitəsinin, piyadanın və ya digər bir obyektin olması təəssüratını yaratmamalı, habelə piyada və velosipedçilərin hərəkətinə mane olmamalıdır. Avtomobil yollarının kənarında torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır. Avtomobil yollarında səsli reklam qurğularının yerləşdirilməsinə də yol verilmir.
               
Dayanıqlılığı və bərkidilməni təmin edən konstruktiv elementlər (bolt birləşmələri, dayaq elementləri, texnoloji künclüklər və s.) dekorativ elementlərlə örtülməlidir. Reklam qurğularında sənaye üsulu ilə hazırlanmış, elektrik və yanğın təhlükəsizliyi üzrə tələblərə cavab verən işıqlandırma cihazlarından istifadə olunmalıdır. Reklamın xarici və ya daxili işıqlandırılması zamanı işıqlandırma cihazları və qurğuları işıq şüalarının birbaşa yolun hərəkət hissəsinə düşməməsi şərtilə yerləşdirilməlidir. Reklam qurğusu və onun konstruksiyaları videomüşahidə və nəzarət kameralarının əhatə dairəsini məhdudlaşdırmamalı, o cümlədən reklam qurğusunun işıqlandırılması kameraların fəaliyyətinə maneə yaratmamalıdır. Reklam qurğularının aşağıdakı yerlərdə quraşdırılmasına icazə verilmir:
- yol nişanları və işıqforla birlikdə, onların dirəklərində və eyni en kəsikdə;
- dəmiryol keçidlərində, müxtəlif səviyyəli nəqliyyat qovşaqlarının sərhədləri daxilində, körpü keçidlərində, tunellərdə və yolötürücülərinin altında, həmçinin onlarla yaşayış məntəqələri arasında 350 metrdən, yaşayış məntəqələrində isə 50 metrdən az məsafədə olan yerlərdə;
- avtomobil yolunun torpaq yatağının tökməsinin hündürlüyü 2 metr və daha çox olan sahələrdə;
- yaşayış məntəqələrindən kənarda yerləşən avtomobil yolunun reklam qurğusunun yerləşdirildiyi sahənin həmin yolun planında olan əyrilik radiusu 1200 metrdən, yaşayış məntəqələrində isə 600 metrdən az olduqda;
- avtomobil yollarının çəpərlərində və nəqliyyat axınını istiqamətləndirici qurğularda;
- istinad divarlarında, ağaclarda, qayalarda və digər təbiət obyektlərində;
-  avtomobil yolunun görünmə məsafəsi yaşayış məntəqələrindən kənarda 350 metrdən, yaşayış məntəqələrində isə 150 metrdən az olan sahələrdə;
- yaşayış məntəqələrindən kənarda ümumi istifadədə olan müntəzəm sərnişin nəqliyyat vasitələrinin  dayanacaqlarından 25 metrdən, yaşayış məntəqələrində isə 15 metrdən daha yaxın məsafədə;
- eyni səviyyəli piyada keçidlərində, avtomobil yollarının bir səviyyədə hər hansı kəsişməsinin torpaq sahəsində və onların sərhədləri daxilində, həmçinin onlarla yaşayış məntəqələri arasında 150 metrdən az məsafədə;
- piyadalar üçün nəzərdə tutulmuş səkilərdə reklam qurğularının dayaqlarının quraşdırılması qadağan olmaqla, reklam lövhəsinin ən son kənarı avtomobil yolunun torpaq yatağının daşından (bordür daşından) yaşayış məntəqələrindən kənarda 10 metrdən, yaşayış məntəqələrində isə 2 metrdən az məsafədə;
-  elektrik şəbəkələrinin mühafizəsi zonalarında;
- videomüşahidə və nəzarət kameralarının dirəklərində və onların köməkçi qurğularında.
 
Avtomobil yollarının kənarında reklam lövhəsinin və ya onu bərkidən konstruksiyaların aşağı kənarı reklam qurğusunun yerləşdiyi sahənin səviyyəsindən 2,5 metrdən az olmayan hündürlükdə yerləşdirilir, habelə yolun hərəkət hissəsinin üstündə quraşdırılarkən, həmin məsafə 5 metrdən az olmamalıdır.
 
Reklam elanının lövhəsinin sahəsindən asılı olaraq, yolun bir tərəfində ayrı-ayrılıqda yerləşdirilmiş reklam qurğuları arasındakı məsafə aşağıdakı cədvəldə göstərilmiş məsafələrdən az olmamalıdır:

Reklam qurğularının yol kənarında yerləşdiyi yer

Reklam elanının lövhəsinin sahəsi,kvadrat metrlə

18-dən çox

9-dan 18-ə qədər

9-dan az

Yaşayış məntəqəsində

150

50

40

Yaşayış məntəqəsindən kənarda

200

100

40

Stasionar reklam qurğularının bünövrəsi torpaq üzərində yaşıllıqların bərpası şərtilə qrunt səthindən 15-20 sm dərinliyə salınmalıdır.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır

23 İyun 2017 09:39

Bakıdan Batumiyə avtobus reysi açılır

23 İyun 2017 09:37

Neft bahalaşdı

23 İyun 2017 09:35

Kəndlərimiz iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutuldu

23 İyun 2017 09:33

“Qarabağ FK"nın planı və vətənə dönüş tarixi bəlli oldu

23 İyun 2017 09:32

Manatın MƏZƏNNƏSİ

23 İyun 2017 09:32

Atəşkəs 117 dəfə pozulub

23 İyun 2017 09:29

Keçmiş qayınatasını 13 yerindən bıçaqladı - FOTO

23 İyun 2017 09:28

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 İyun 2017 09:28

Millimiz Albaniya ilə qarşılaşacaq

23 İyun 2017 09:27

Ermənilər atəşkəs rejimini 117 dəfə pozub

23 İyun 2017 09:27

​​​​Bölgələr üzrə İMSAK VƏ İFTAR VAXTI

23 İyun 2017 09:27

Goranboyda sel suları fəsadlar yaratdı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2017)

23 İyun 2017 09:22

Qaraçuxurda qız bıçaqlandı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 İyun 2017 09:22

B qrupunda qələbəyə sevinən olmadı

23 İyun 2017 09:17

Ərəb ölkələrindən Qətərə İKİ TƏLƏB

23 İyun 2017 09:17

Bakıda işdən evə qayıdan qadın döyüldü

23 İyun 2017 09:17

Qızıl bahalaşıb

23 İyun 2017 09:15

Neft bahalaşdı

23 İyun 2017 09:08

"Liverpul" Neapol klubuna rədd cavabı verdi

23 İyun 2017 09:05

Mərdəkanda yerləşən istixanada dava baş verib

23 İyun 2017 09:02

DADLI ZƏHƏR: Bahalı, yoxsa keyfiyyətli dondurma?

23 İyun 2017 08:52

Bakıda təmir zamanı təkər ustanın başına düşüb

23 İyun 2017 08:52

26 yaşlı qızın dərisi görənləri şoka salır - "Dünyada yalnız 12 nəfərdə var" - FOTOLAR

23 İyun 2017 08:48

Bakıda mənzilə basqın: ölən və yaralananlar var - FOTO

23 İyun 2017 08:47

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 08:47

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: yaralılar var

23 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 İyun 2017 08:47

Pakistanda PARTLAYIŞ - Ölənlər var

23 İyun 2017 08:43

Bakıda əri tərəfindən döyülən qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib

23 İyun 2017 08:42

Paytaxtda qadını yük maşını vurub

23 İyun 2017 08:42

"Çelsi"nin sabiq futbolçusuna 8 oyunluq cəza

23 İyun 2017 08:42

Telman İsmaylov üçün daha bir şok

23 İyun 2017 08:37

Kosta sabiq klubuna qayıtmaq istəyir

23 İyun 2017 08:37

Azərbaycanda marixuana satmaq istəyən müəllim saxlanılıb

23 İyun 2017 08:37

Bakıda "Mercedes" yanıb

23 İyun 2017 08:36

QANDONDURAN CİNAYƏT: Sosial şəbəkədə tanış olduğu qıza 9 bıçaq zərbəsi vurdu

23 İyun 2017 08:28

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 08:27

"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb"

23 İyun 2017 08:27

İtaliyada Polşaya məxsus helikopter qəzaya uğrayıb

23 İyun 2017 08:27

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 08:27

Yeni mövsümdə evlilik proqramları olmayacaq

23 İyun 2017 08:27

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 08:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 08:22

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

23 İyun 2017 08:17

Bakka "Milan" karyerasına davam edəcək

23 İyun 2017 08:12

Gəlirimiz də, xərclərimiz də artır - Səbəb və gözləntilər

23 İyun 2017 08:05

Dünya ulduzlarının ilk peşələri - "Xadiməçi, kassir, səyyar satıcı..." - FOTOLAR

23 İyun 2017 08:03