MTRŞ qızların davasına görə XƏBƏRDARLIQ ETDİ - VİDEO

MTRŞ qızların davasına görə XƏBƏRDARLIQ ETDİ - VİDEO
12:13 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ARB telekanalının efirində yayımlanan “Ferma” realiti şousunda böyük qalmaqal yaşanıb.

Proqramın ötən gün yayımlanan bölümündə iştirakçılar Firəngiz İsgəndərova ilə Mələk Babayeva arasında dava olub. Onlar əvvəlcə mübahisə etsələr də, proses sonradan əlbəyaxa davaya çevrilib.

Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Publika.az-a açıqlamasında bunun adıçəkilən verilişdə yaşanamış ilk hadisə olmadığını deyib: “Bu realiti şoudur və reallıqları əks etdirməlidir. Lakin bizim cəmiyyətin öz dəyərləri və həssas yanaşdığı məsələlər var. Bizdə kişi qadın və qadınlararası münasibətlər digər ölkələrdən müəyyən mənada fərqlənir. Qızla oğlanın və ya iki xanımın ictimaiyyət arasında əlbəyaxa dalaşması, alçaldıcı sözlər deməsi cəmiyyətdə normal qarşılanmır. Düzdür, cəmiyyətdə belə hallar var, lakin ümumilikdə qınaq obyektinə tuş gəlir. Tamaşaçıların mənfi reaksiyası və geniş müzakirələrə səbəb olması nəzərə alınaraq belə halların efirə getməsi doğru deyil. Bədii film və ya serialda belə kadrlar səhnələşdirilmiş formada efirə verilə bilər. Bu veriliş realiti-şou olduğundan, reallığı göstərdiyindən tamaşaçılar tərəfindən müsbət qarşılanmır. Nəzərə almaq lazımdır ki, həmin səhnə canlı efirdə yaşanmayıb. Yəni montaj edilə bilərdilər. Bu həmin şou ilə bağlı ilk hal deyil. Bir neçə gün əvvəl oğlan və qız arasında buna bənzər hal yaşanmışdı”.

T.Dadaşov qeyd edib ki, artıq bununla bağlı telekanal rəhbərliyinə xəbərdarlıq olunub: “Rəhbərlik və mən özüm də telekanal rəhbərliyi ilə bu məsələni danışmışıq. Bu məsələlər müzakirə edilib. Belə halların bir daha yaşanmaması qarşılıqlı olaraq razılaşdırılıb. Biz verilişin monoton təqdim edilməsinin tərəfdarı deyilik. Lakin real hadisələr daha mədəni və cəmiyyətin qəbul edəcəyi formada təqdim etmək olar. Bu barədə iştirakçılara da məlumatlar verilə bilər. Bir sözlə verilişdə dəyişiklik ediləsi məqamlar çoxdur. Qanun pozuntusu olmadığına görə birbaşa müdaxilə edə bilmirik. Çünki nə konkret zorakılıq halı, söyüş olmadığından biz yalnız xoşagəlməz hal kimi dəyərləndiririk. Hesab edirik ki, telekanal rəhbərliyi ilə şifahi danışıq apararaq məsələni həll edə bilərik. Hələ ki inzibati üsul tətbiq etməyə ehtiyac yoxdur”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/176901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR