Kosta-Rika millisinin eks-futbolçusu Qabriel Badilya dünyasını dəyişib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 10 km məsafəyə qaçışa qoşulan 32 yaşlı müdafiəçi finişə az qalmış huşunu itirib. Həkimlərin ciddi cəhdinə baxmayaraq ürək tutması keçirən Badilyanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə noyabrın 20-da baş verib.
Badilya 2013-cü ildə ürəyindən əməliyyat olunmuş və yenidən futbola qayıtmışdı. O, karyerasının əksər hissəsini yerli "Deportivo Saprissa"da (2001-16) keçirmişdi. Badilya 1 il (2008-09) MLS təmsilçisi "New England Revolution"un formasını da geymişdi. Kosta-Rika millisində 25 oyuna çıxan futbolçu 2006 mundialının iştirakçısı olub.
Milli.Az