The National Interest: ""İsgəndər"lər Ermənistanın nüvə silahı yaratmasına səbəb ola bilər"

The National Interest: ""İsgəndər"lər Ermənistanın nüvə silahı yaratmasına səbəb ola bilər"
12:22 22 Noyabr 2016
192 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiyanın Ermənistanda yerləşdirdiyi "İsgəndər" raketləri nüvə silahıdır. Bu fakt onu düşünməyə əsas verir ki, Ermənistan nüvə silahının yaradılması imkanlarını artıra bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər Corctaun Universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastyen Roblinin ABŞ-ın nüfuzlu "The National Interest" jurnalında dərc olunan məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, "İsgəndər" raket kompleksləri nüvə başlığı daşıya bilər: "Və məhz bu fakt nə qədər absurd səslənsə də, 3 milyon əhalisi olan ölkənin nüvə silahını yaratmaq imkanını ortaya çıxarır".

Məqalə müəllifi Ermənistanda Metsamor AES-in fəaliyyət göstərdiyini və burada nüvə sahəsində ixtisaslaşmış insanların çalışdığını da qeyd edir: "Düşünmək olar ki, Ermənistan radioaktiv "çirkli" bombalar yarada və onları "İsgəndər"lər vasitəsilə istifadə edə bilər. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı heç nə vəd etmir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR