Bu il istehsalatda bədbəxt hadisələr zamanı 76 nəfər ölüb

Bu il istehsalatda bədbəxt hadisələr zamanı 76 nəfər ölüb
12:27 22 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2016-cı ildə istehsalatda 231 bədbəxt hadisə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, baş vermiş bədbəxt hadisələr nəticəsində 76 nəfər ölüb. S.Mehbalıyev bildirib ki, ölüm hadisələri əsasən neft və tikinti sahələrində baş verib. O qeyd edib ki, neft sahsində ölənlərin sayının çox olmasına Günəşli yatağında baş verən hadisələr təsir göstərib.

S.Mehbalıyev qeyd edib ki, həmkarlar ittifaqları fəaliyyət göstərdiyi sahələrdə işçilərə təhlükəsiz əmək şəraiti yaradılmasına çalışır: "Əsas məqsəd odur ki, işçilərə vaxtnda təhlükəsizliklə bağlı təlimatlar keçirilsin, vətəndaş işə götürüldükdə onların təhlükəsizliklə bağlı bilikləri artırılsın".

O qeyd edib ki, işçilər özləri də diqqətli olmalı, sağlamlıqlarını və təhlükəsizliklərini qorumalı və işdə olarkən təhükəsizlik vasitələrindən düzgün istifadə etməlidirlər.

S.Mehbalıyev əlavə edib ki, dünya üzrə istehsalatda baş verən hadisələr nəticəsində ölənlərin sayı münaqişə və müharibələrdə ölənlərin sayından dəfələrlə çoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR