Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək, 4 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək, 4 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
12:27 22 Noyabr 2016
487 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, havanın minimal temperaturu 23-24-də 0-4° şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti noyabrın 24-dək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.  

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/azerbaycanda-qeyri-sabit-hava-seraiti-davam-edecek-4-derece-saxta-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR