Abşeronda yeni avtomobil yolunun inşasına başlanılıb

Abşeronda yeni avtomobil yolunun inşasına başlanılıb
12:29 22 Noyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron yarımadasının şimal hissəsində, sahil boyu  12.7 km uzunluğunda yeni avtomobil yolunun inşasına start verilib.

 

“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək.

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılacaq.

 

Ümumilikdə 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.

 

Xatırladaq ki, Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunun yenidən qurulması yenicə yekunlaşıb, Binəqədi-Novxanı yolunun tikintisi isə hazırda davam etdirilir.

 






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR