ABŞ-da Donald Tramp-ın prezident səlahiyyətlərinə
başlamasından sonra Dağlıq Qarabağ münaqişəsində üç ssenari tətbiq
oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə almaniyalı
politoloq Vilfrid Furman deyib.
Almaniyalı politoloqun təqdim etdiyi üç ssenari:
1. Rusiya və ABŞ müasir sərhədləri tanıyır və Dağlıq Qarabağ, eləcə
də işğal olunmuş yeddi rayon məsələsini Azərbaycan və Ermənistanın
öhdəsinə buraxırlar. Bu, məsələnin avtomatik olaraq hərbi yolla
həllini gündəmə gətirmir. Lakin Ermənistan qeyri-konstruktiv
yanaşmanı davam etdirərsə, hərbi seçim gündəmə gələcək.
2. Hər iki dövlət münaqişənin davam etdiyi 20 ili nəzərə almaqla və
münaqişə bölgəsində doğulmuş insanların mülki və insan haqlarını
tanımaqla Dağlıq Qarabağ və yeddi rayon üçün “bölüşdürmə”
konsepsiyasını irəli sürür. Belə ssenari tətbiq olunarsa, Rusiya və
ABŞ sərhədlərin təyin olunmasında təkid edəcək və Ermənistanla
Azərbaycan arasında aktiv moderatorlar olaraq çıxış edəcəklər. Bu
halda münaqişənin düyünü çözülmüş olacaq.
3. Cənubi Qafqaz Federasiyası yaradılır. Təbii ki, bunun mümkün
olacağı çətin görünür. Lakin neytral federasiya variantı tətbiq
oluna bilər. Yəni, hər üç ölkənin vətəndaşları birindən digərinə
sərbəst qaydada gedib-gələ, birgə polis qüvvələri yaradıla bilər.
Belə olan halda Amerika və Rusiya federasiyanın xarici
sərhədlərinin qarantı kimi çıxış edəcəklər. Dağlıq Qarabağ bölgəsi
isə federasiya daxilində xüsusi statusa malik ərazi ola bilər və
kvota şəkilində struktur qurula bilər. Yəni, ermənilər və
azərbaycanlılar bölgənin idarə olunmasında paritet şəkildə təmsil
olunarlar.
V. Furman hesab edir ki, hər üç variantda tərəflərdən biri digərini
üstələmir.
Asif