Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bir futbolçuya ildə 40 milyon - Çin klubu coşdu

Bir futbolçuya ildə 40 milyon -   Çin klubu coşdu

Date: 22 November 2016 12:37

Avropa macərasına son qoyaraq Argentinaya dönən Karlos Tevez vətənində karyerasını bitirmək planlarını təxirə sala bilər. Fanat.Az xəbər verir ki, buna səbəb onun olduqca cəlbedici təklif alması olub.


Hazırda "Boka Xuniors"da çıxış edən 32 yaşlı forvardın Kriştiano RonaldoLionel Messini keçərək dünyanın ən çox qazanan futbolçusu olmaq imkanı var. "Yahoo Brezilia"nın xəbərinə görə, Çin klublarından biri ona illik 40 milyon avro maaş təklif edir. 


Həmin klubun adı açıqlanmır. Amma bundan əvvəl Tevez "Şanxay SIPG" klubunun təklifindən imtina etmişdi.


Qeyd edək ki, Tevez "Boka Xuniors"da başladığı karyerası ərzində Braziliyanın "Korintians", İngiltərənin "Vest Hem",  "Mançester Yunayted", "Mançester Siti" və İtaliyanın "Yuventus" klublarında çıxış edib. 


Fanat.Az


Tags:  futbolçuya ildə 40 milyon Çin klubu coşdu

RƏYLƏR


Top news